Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə Pasxa münasibətilə müvəqqəti atəşkəs elan edib.
”PostMedia” xəbər verir ki, Kremlin mətbuat xidməti bu qərarla bağlı açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, "humanitar səbəblərə əsaslanaraq, bu gün saat 18:00-dan başlayaraq bazar ertəsinə keçən gecə saat 00:00-a qədər Pasxa bayramı münasibətilə Rusiya tərəfi döyüş əməliyyatlarını dayandıracaq.
Bu dövr ərzində hərbi hərəkətlərin dayandırılması əmr edilmişdir. Ukrayna tərəfinin bu hərəkəti dəstəkləyəcəyini gözləyirik.
Ancaq, qoşunlarımız atəşkəsin pozulması və düşmənin təxribat xarakterli addımlarına qarşı hazırlıqlı olmalıdırlar.” Prezident Putin bu bəyanatda vurğulayıb.