6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ İsrailin İrana zərbə endirmək planını dəstəkləməyib

17-aprel-2025
ABŞ İsrailin İrana zərbə endirmək planını dəstəkləməyib
Yazı Ölçüsü:
İsrail 2025-ci ilin may ayında İranın nüvə obyektlərinə zərbə endirməyi planlaşdırırdı, lakin ABŞ Prezidenti Donald Tramp bu addımı dəstəkləmədiyi üçün bu plandan imtina edib.
"PostMedia" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, İsrail ABŞ-ın bu hücumun hazırlanmasında fəal iştirak edəcəyinə və yəhudi dövlətini İranın mümkün cavab hücumundan qoruyacağına əmin idi. Həmin zərbə ilə Tehranın nüvə silahı hazırlamaq səylərinin azı bir il müddətinə iflic ediləcəyi nəzərdə tutulurdu.
Lakin Tramp Tehranla fikir ayrılıqlarını diplomatik yolla həll etməyə üstünlük verib və aprelin əvvəlində İsrailə ABŞ-ın İran İslam Respublikasına qarşı hərbi əməliyyatı dəstəkləməyəcəyini bildirib. Bu məsələ ABŞ Prezidenti ilə İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonda keçirdiyi görüş zamanı müzakirə olunub.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031