6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Finlandiya Rusiya ilə sərhədi bağlı saxlayacaq

16-aprel-2025
Finlandiya Rusiya ilə sərhədi bağlı saxlayacaq
Yazı Ölçüsü:
Finlandiya hökuməti Rusiya ilə sərhədi növbəti bildirişə qədər bağlı saxlayacaq.
"PostMedia" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilmiş bəyanatda qeyd olunub.
“Sərhədin şərq hissəsindəki keçid məntəqələrinin bağlı qalması ilə bağlı qərar təsdiqləndi. 2025-ci il aprelin 16-da hökumət sərhəd keçid məntəqələrinin bağlı qalması və sığınacaq müraciətlərinin qəbulunun mərkəzləşdirilməsi barədə qərar qəbul etdi. Bu qərar növbəti bildirişə qədər qüvvədə qalacaq”, – deyə sənəddə bildirilir.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Finlandiya hökuməti Rusiya ilə sərhəddəki avtomobil nəqliyyatı keçid məntəqələrini bağlamışdı. Bu addım, üçüncü ölkələrdən nəzarətsiz qaçqın axını ilə əsaslandırılmışdı. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Helsinkinin bu qərarı Avropa ölkələri arasında qarşıdurma və ayrılma meyllərini gücləndirir.
Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031