6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Kaya Kallas İran və İsraili təmkinli olmağa çağırıb

08-iyun-2026
Kaya Kallas İran və İsraili təmkinli olmağa çağırıb
Yazı Ölçüsü:
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas iyunun 8-də İran və İsraili qarşılıqlı zərbələrdən sonra təmkin nümayiş etdirməyə çağırıb.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kiprdə keçirilən Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşü zamanı bildirib:
“Gecə ərzində vəziyyətin növbəti eskalasiyasının şahidi olduq. Hesab edirəm ki, regionun yeni eskalasiyaya ehtiyacı yoxdur. Tərəflər danışıqlar masasına əyləşməli və razılığa gəlməlidirlər”.
ABŞ və İran arasında aparılan danışıqlara toxunan Kallas vurğulayıb ki, məsələ diplomatik yolla həll edilməlidir.
Onun sözlərinə görə, Aİ həm İran, həm də ABŞ ilə əlaqə saxlayaraq atəşkəsin vacibliyini çatdırmağa çalışır:
“Hazırda atəşkəs son dərəcə vacibdir. Müharibə dayandırılmalı, Hörmüz boğazı açılmalı və bundan sonra yaranan imkan uzunmüddətli danışıqlar üçün istifadə edilməlidir. Bu danışıqlar nüvə proqramı kimi mürəkkəb məsələləri və digər mühüm mövzuları əhatə etməlidir. Lakin imkanlarımız məhduddur və biz bu mesajları tərəflərə çatdırmağa çalışırıq”.
Mətnə görə, İsrail və İran apreldə əldə olunmuş atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq iyunun 7-də hərbi əməliyyatları yenidən bərpa ediblər. Hadisələrin gərginləşməsinə səbəb kimi İsrailin Beyrutda İranın dəstəklədiyi Hizbullah hərəkatının üzvlərinə qarşı həyata keçirdiyi zərbələr və Tehranın buna cavab verməsi göstərilir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930