6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Cənubi Osetiya hökuməti istefa verib

08-iyun-2026
Cənubi Osetiya hökuməti istefa verib
Yazı Ölçüsü:

Dzambolat Tadtayevin vəzifəsindən getməsi ilə əlaqədar olaraq Cənubi Osetiya hökuməti də istefa verib.

"PostMedia" xəbər verir ki, bu barədə iyunun 8-də respublikanın prezidenti Alan Qaqloyevin mətbuat xidməti məlumat yayıb.

Prezident administrasiyasının açıqlamasında bildirilir ki, hökumətin iclası zamanı Tadtayev şəxsi ərizəsi ilə istefa verdiyini bəyan edib. Prezident onun qərarını qəbul edib və görülən işlərə görə təşəkkürünü bildirib.

Tadtayevin istefasından sonra birinci baş nazir müavini Konstantin Cioyev hökumət başçısının səlahiyyətlərini müvəqqəti icra edən şəxs təyin olunub. Yeni baş nazir parlament tərəfindən təsdiqlənənədək hökumət tam tərkibdə fəaliyyətini davam etdirəcək.

Alan Qaqloyev bildirib ki, yeni baş nazir vəzifəsinə namizəd hazırda prezidentin dövlət müşaviri olan Marat Kambolov olacaq.

Açıqlamada qeyd olunur ki, yeni hökumət rəhbərinin qarşısında duran əsas vəzifələrdən biri Cənubi Osetiya ilə Rusiya arasında əməkdaşlığın dərinləşdirilməsinə dair imzalanmış sazişin müddəalarının, eləcə də Rusiya–Cənubi Osetiya arasında əldə olunmuş bütün razılaşmaların səmərəli icrasını təmin etmək olacaq.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930