6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

XİN rəhbəri seçkilər haqqında: "Ermənistanda avtoritarizm dövrü bağlanıb"

08-iyun-2026
XİN rəhbəri seçkilər haqqında: "Ermənistanda avtoritarizm dövrü bağlanıb"
Yazı Ölçüsü:

Ermənistanda növbəti demokratik, azad, ədalətli və şəffaf seçkilər keçirilib.

"PostMedia" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərlə söhbətində bildirib.

“İlk növbədə hamımızı, Ermənistan Respublikasının bütün vətəndaşlarını təbrik etmək istəyirəm. Ermənistanda növbəti demokratik, azad, ədalətli və şəffaf seçkilər baş tutdu. Bu seçkilər ən yüksək beynəlxalq standartlara uyğundur”, – deyə Mirzoyan qeyd edib.

Onun sözlərinə görə, bunu müxtəlif müşahidə missiyalarının və ayrı-ayrı ölkələrin qurum rəhbərlərinin ilkin reaksiyaları da təsdiqləyir.

Nazir vurğulayıb ki, artıq Ermənistanda demokratiya və demokratik seçkilər ənənəsi möhkəmlənib:

“Artıq əminliklə deyə bilərik ki, saxtalaşdırılan seçkilər, psevdodemokratiya və ya avtoritarizm dövrü Ermənistan Respublikasında bağlanıb. Demokratiya və demokratik seçkilər səhifəsi ölkəmizdə tam şəkildə təsbit olunub.”

Mirzoyan həmçinin Ermənistan vətəndaşlarına və Vətəndaş Müqaviləsi Partiyasının tərəfdarlarına təşəkkür edib. O bildirib ki, seçicilər ardıcıl üçüncü dəfə ölkənin idarə olunmasını partiyaya etibar ediblər.

“Ardıcıl üçüncü dəfə olaraq Vətəndaş Müqaviləsi Partiyası hökuməti təkbaşına formalaşdırmaq imkanı əldə edib və hökuməti formalaşdıracaq. Keçmişdə olduğu kimi, gələcəkdə də Ermənistan Respublikasının və onun vətəndaşlarının maraqlarına xidmət etməyə, verdiyimiz vədləri yerinə yetirməyə davam edəcəyik”, – deyə o bildirib.

Nazir çıxışının sonunda göstərilən etimada görə seçicilərə təşəkkür edib və bu etimadın böyük məsuliyyət yaratdığını vurğulayaraq, ölkəyə xidmət etməyə davam edəcəklərini qeyd edib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930