6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

"Ermənistanda seçkilər müxalifətə qarşı təzyiqlər fonunda keçib" - Zaxarova

08-iyun-2026
"Ermənistanda seçkilər müxalifətə qarşı təzyiqlər fonunda keçib" - Zaxarova
Yazı Ölçüsü:

Ermənistanda keçirilən seçkilər müxalifətə qarşı görünməmiş təzyiqlər və Qərbin müdaxiləsi şəraitində baş tutub.

"PostMedia" xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

O həmçinin bildirib ki, Rusiya Ermənistanla bağlı siyasətini Ermənistan rəhbərliyinin real addımlarını nəzərə alaraq qurmağı planlaşdırır.

Seçkilərin nəticələri göstərir ki, Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasına dəstək əhəmiyyətli dərəcədə azalıb.

Zaxarova vurğulayıb ki, Moskva hər zaman güclü və həqiqətən suveren Ermənistanın mövcudluğunda maraqlı olub və bundan sonra da olacaq.

Onun fikrincə, Ermənistanda keçirilmiş seçkilər erməni cəmiyyətinin son dərəcə qütbləşdiyini aydın şəkildə nümayiş etdirib. Ermənistan cəmiyyətində Rusiya ilə əlaqələrin inkişafına və Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünün davam etdirilməsinə geniş ictimai tələbatın olduğu da qeyd olunub.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930