6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Məsud Pezeşkian: “Nə döyüş meydanını, nə də danışıqlar masasını tərk etmişik”

08-iyun-2026
Məsud Pezeşkian: “Nə döyüş meydanını, nə də danışıqlar masasını tərk etmişik”
Yazı Ölçüsü:
Ölkənin güclü silahlı qüvvələri və onun rəhbərlik etdiyi administrasiya İran xalqının hüquqlarını qətiyyətlə müdafiə edəcək.
"PostMedia" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial hesabında bildirib.
“Biz heç bir təhdid qarşısında geri çəkilməyəcəyik”, – deyə o vurğulayıb.
Prezident qeyd edib ki, İran üçün əsas prioritet milli təhlükəsizlik və vətəndaşların əmin-amanlığıdır.
“Ölkəmizin ləyaqətli xalqının hüquqlarını maksimum qətiyyətlə müdafiə edəcəyik və heç bir təhdid qarşısında geri addım atmayacağıq”.
Pezeşkianın sözlərinə görə, diplomatiya və müdafiə ölkənin milli gücünün iki əsas sütunudur:
“Biz nə döyüş meydanını, nə də danışıqlar masasını tərk etmişik. Ümid edirik ki, birlik və rasional yanaşma sayəsində İran bu sınaqdan da qürurla çıxacaq”.
İran prezidenti bir daha vurğulayıb ki, milli təhlükəsizliyin təmin edilməsi və vətəndaşların rifahı hökumətin əsas vəzifələridir. O qeyd edib ki, ölkə öz hüquqlarını müdafiə etmək mövqeyində qətiyyətlə dayanacaq və heç bir xarici təzyiqə boyun əyməyəcək.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930