6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

İran: İsrail hərbi əməliyyatlarını ABŞ ilə koordinasiya edir

08-iyun-2026
İran: İsrail hərbi əməliyyatlarını ABŞ ilə koordinasiya edir
Yazı Ölçüsü:

İran İsrailin bütün hərbi hücumlarının Amerika Birləşmiş Ştatları ilə tam koordinasiya şəraitində həyata keçirildiyinə əmin olduğunu bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi keçirdiyi brifinqdə bəyan edib.

Onun sözlərinə görə, Vaşinqton İsrailin hücumlarından xəbərsiz ola bilməzdi.

“Amerikalı rəsmilərin bəyanatlarına baxmayaraq, bizə məlumdur ki, ABŞ Silahlı Qüvvələrinin ABŞ Mərkəzi Komandanlığı öz müdafiə və hücum xarakterli fəaliyyətlərini sionist rejimlə tam şəkildə koordinasiya edir və onunla əməkdaşlıq edir”, – deyə Bəqayi bildirib.

İyunun 7-də axşam saatlarında İran İsrailnin şimal bölgələrinə raket zərbələri endirib. İsrail ordusunun açıqlamasına görə, atılan bütün raketlər zərərsizləşdirilib.

Bu hadisə həmin gün daha əvvəl İsrailin Beyrut ətrafında yerləşən Hizbullah obyektlərindən birinə endirdiyi zərbədən sonra baş verib.

İsrail tərəfi bildirib ki, həmin hücum Hizbullahın ölkənin şimal bölgələrini raket atəşinə tutmasına cavab olaraq həyata keçirilib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930