6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ərdoğan Avropa Komissiyasının rəhbəri ilə Hörmüz boğazının açılması və İsrailə təzyiqin artırılmasını müzakirə edib

20-may-2026
Ərdoğan Avropa Komissiyasının rəhbəri ilə Hörmüz boğazının açılması və İsrailə təzyiqin artırılmasını müzakirə edib
Yazı Ölçüsü:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə telefon danışığı aparıb.

"PostMedia" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, söhbət zamanı Türkiyə və Avropa İttifaqı arasında münasibətlər, eləcə də regional və qlobal proseslər müzakirə olunub.

Ərdoğan bildirib ki, Türkiyə atəşkəs rejiminin qorunmasını və regional münaqişələrdə sülhün bərqərar olmasını dəstəkləyir, həmçinin Hürmüz boğazı dərhal açılmalıdır.

Türkiyə prezidenti həmçinin qeyd edib ki, İsrail regionda münaqişələrin davam etməsində maraqlıdır və beynəlxalq hüququ, o cümlədən “dəniz quldurluğu” adlandırdığı hərəkətləri pozur. Onun sözlərinə görə, İsrailə qarşı beynəlxalq təzyiqin artırılması vacibdir.

Ərdoğan vurğulayıb ki, regiondakı gərginlik Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin strateji əhəmiyyətini bir daha göstərib. Danışıq zamanı tərəflər iqtisadi inteqrasiyanın gücləndirilməsi məqsədilə qarşılıqlı məsələlərə fokuslanıblar.

Türkiyə lideri əlavə edib ki, Türkiyənin Avropanın təhlükəsizlik təşəbbüslərində iştirakı faydalı olar, Türkiyə–Aİ Gömrük İttifaqı modernləşdirilməli və əməkdaşlıq bütün sahələrdə genişləndirilməlidir.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031