6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

"Axios": Tramp İranla bağlı hərbi əməliyyatları müzakirə etmək üçün milli təhlükəsizlik komandasını toplayacaq

18-may-2026
"Axios": Tramp İranla bağlı hərbi əməliyyatları müzakirə etmək üçün milli təhlükəsizlik komandasını toplayacaq
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp artıq bu həftə milli təhlükəsizlik komandası ilə İranla bağlı hərbi əməliyyatları müzakirə edəcək.

"PostMedia" "Axios"a istinadən xəbər verir ki, bu planlar diplomatik səylərin uğursuzluğu fonunda gündəmə gəlib.

Amerikalı rəsmilərin sözlərinə görə, Tramp müharibəyə son qoyacaq bir razılaşma əldə etmək istəyir. Lakin İranın onun bir çox tələblərini rədd etməsi və Tehranın nüvə proqramı ilə bağlı ciddi güzəştlərə getmək istəməməsi hərbi variantı yenidən gündəmə gətirib.

“Gözlənilir ki, çərşənbə axşamı Tramp Situasiya Mərkəzində öz milli təhlükəsizlik üzrə əsas komandasını toplayaraq hərbi əməliyyat variantlarını müzakirə edəcək”, — Axios-a iki ABŞ rəsmisi bildirib.

Başqa bir mənbə isə bildirib ki, şənbə günü Tramp Virciniyada yerləşən qolf klubunda da milli təhlükəsizlik komandasının üzvləri ilə görüşərək İrandakı vəziyyəti müzakirə edib.

Bu görüşdə vitse-prezident Cey Di Vens, xüsusi nümayəndə Stiv Uitkoff, ABŞ dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff də iştirak edib.

Bundan əlavə, Axios yazır ki, bazar günü Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb və bu söhbət də İrandakı vəziyyətə həsr olunub.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031