6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Qətər SEPAH-ın Küveytə qarşı atdığı addımı pisləyib

12-may-2026
Qətər SEPAH-ın Küveytə qarşı atdığı addımı pisləyib
Yazı Ölçüsü:

Qətər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərindən ibarət silahlı qrupun Küveytə qarşı hücumlar həyata keçirmək məqsədilə yaxınlıqdakı adaya “sızmasını” pisləyib.

"PostMedia" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu “sızma”, eləcə də qrupun saxlanılmasından əvvəl Küveyt silahlı qüvvələri ilə toqquşması Küveytin suverenliyinə qarşı açıq təcavüz və regionun təhlükəsizliyi ilə sabitliyi üçün təhlükəli hadisədir.

Qətər XİN həmçinin “qardaş ölkələrə qarşı İranın əsassız təcavüzünün dayandırılmasının vacibliyini” vurğulayıb və bunu beynəlxalq hüququn kobud şəkildə pozulması, eləcə də regional təhlükəsizlik üçün ciddi təhdid kimi qiymətləndirib.

Bəyanatda hücumlar nəticəsində zərərçəkənlərə “tezliklə sağalma” arzusu da ifadə olunub.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930