Mayın 7-də Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Qurqen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Səfir Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
“Diplomatik missiyanın rəhbərinə bildirilib ki, Avropa İttifaqının himayəsi altında bu yaxınlarda keçirilmiş tədbirlər çərçivəsində Kiyev nasist rejiminin başçısı V. Zelenskiyə Rusiya ünvanına terror təhdidləri səsləndirmək üçün Ermənistanda “tribuna” verilməsi qəti şəkildə yolverilməzdir.
Vurğulanıb ki, Moskva bununla bağlı haqlı narazılıq ifadə edir və rəsmi İrəvanın adı çəkilən qonağın bu cür açıq davranışına münasibətdə lazımi mənfi qiymət verməməsini Rusiya-Ermənistan münasibətlərinin tərəfdaşlıq xarakterinə uyğun hesab etmir.
Səfir Rusiyanın təqdim etdiyi mövqeni İrəvana çatdıracağına söz verib”, - məlumatda deyilir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
