6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Tehran müvəqqəti atəşkəs təkliflərini rədd edib

07-aprel-2026
Tehran müvəqqəti atəşkəs təkliflərini rədd edib
Yazı Ölçüsü:

Tehran müvəqqəti atəşkəslə bağlı bütün təklifləri qəti şəkildə rədd edir.

PostMedia” “Press TVyə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Seyid İrəvani bildirib.

Diplomat vurğulayıb ki, münaqişənin dayandırılmasına yönəlmiş hər hansı razılaşma yalnız aqressiyanın tam və geri dönməz şəkildə dayandırılmasını və ədalətli, uzunmüddətli sülhün təmin olunmasını nəzərdə tutmalıdır.

Onun sözlərinə görə, belə bir razılaşma hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq üçün etibarlı və yoxlanıla bilən təminatlara əsaslanmalıdır.

İran nümayəndəsi qeyd edib ki, yalnız bu cür mexanizmlər real və davamlı sülhün əldə olunmasına imkan verə bilər.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031