6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran yeni gizli silahın tətbiqinə hazırlaşır

07-aprel-2026
İran yeni gizli silahın tətbiqinə hazırlaşır
Yazı Ölçüsü:

İranlı general-mayor Abdullahi yeni, gizli silahın istifadəsinin yaxın vaxtlarda başlayacağını bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə “İranlı jurnalistin gündəliyi” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, general-mayor bildirib ki, yaxın zamanda tətbiq olunacaq yeni gizli silah düşmənin fəaliyyətinə son qoyacaq.

“Tezliklə yeni, gizli silahın tətbiqi başlayacaq və bu, düşmənin hərəkətlərinə son qoyacaq”, – deyə kanal Abdullahidən sitat gətirib.

Eyni zamanda ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İran ərazisinə zərbələr endirəcəyi ilə bağlı bəyanat verərək bunun nəticələrinin çox ağır ola biləcəyini istisna etməyib.

O, "Truth Social" hesabında yazıb ki, mümkün zərbələr nəticəsində “bütöv bir sivilizasiya məhv ola bilər”.

“Bütöv bir sivilizasiya bu axşam (8 aprel gecəsi) məhv ola bilər və o, heç vaxt bərpa olunmayacaq. Mən bunun baş verməsini istəmirəm, amma yəqin ki, belə olacaq”, – deyə Tramp qeyd edib.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031