ABŞ Prezidenti Donald Tramp bu gecə İranı məhv edəcəyi ilə hədələyib.
"PostMedia" xəbər verir ki, bu barədə o, özünün "Truth Social" şəbəkə hesabınd qeyd edib.
"Bütün bir sivilizasiya bu gecə məhv olacaq və bir daha geri qayıtmayacaq. Mən bunun baş verməsini istəmirəm, amma yəqin ki, olacaq.
Bununla belə, indi ki, tam və qəti rejim dəyişikliyi baş verib, fərqli, daha ağıllı və daha az radikallaşmış düşüncələr üstünlük qazana bilər, bəlkə də inqilabi dərəcədə möhtəşəm bir şey baş verə bilər – kim bilir?
Bunu bu gecə öyrənəcəyik; bu, dünyanın uzun və mürəkkəb tarixində ən vacib anlardan biridir.
47 illik şantaj, korrupsiya və ölüm nəhayət sona çatacaq. İranın böyük xalqına Allah kömək olsun!" - deyə Tramp yazıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
