6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Netanyahu Trampı İranla atəşkəsə razılaşmamağa çağırıb - "Axios"

07-aprel-2026
Netanyahu Trampı İranla atəşkəsə razılaşmamağa çağırıb - "Axios"
Yazı Ölçüsü:
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa İranla mümkün atəşkəsə hazırda razılaşmamağı tövsiyə edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat verib.
Məlumata görə, İsrail rəsmilərindən birinin sözlərinə əsasən, Netanyahu bazar günü baş tutan telefon danışığı zamanı Trampa belə bir addımın riskləri ilə bağlı narahatlığını çatdırıb və hazırkı mərhələdə atəşkəsə razılıq verməməyə çağırıb.
Ravidin sözlərinə görə, Tramp isə Netanyahuya bildirib ki, əgər İran ABŞ-nin irəli sürdüyü tələblərlə razılaşsa, atəşkəs mümkündür. Bununla yanaşı, o vurğulayıb ki, Vaşinqtonun əsas tələbi dəyişməz qalır: İran bütün zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməli və uranın zənginləşdirilməsi fəaliyyətini bərpa etməməlidir.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930