6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran XİN rəhbəri Qətər və Yaponiya həmkarları ilə danışıqlar aparıb

06-aprel-2026
İran XİN rəhbəri Qətər və Yaponiya həmkarları ilə danışıqlar aparıb
Yazı Ölçüsü:

İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin xarici işlər naziri Məhəmməd bin Abdulrahman əl Təni ilə telefon danışığı aparıb.

"PostMedia" bu barədə İran KİV-lərinə istinadən xəbər verir.

Tərəflər regional və beynəlxalq gündəmdəki son hadisələr, eləcə də ikitərəfli münasibətlər barədə fikir mübadiləsi ediblər.

Əraqçi həmçinin Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə də danışıb və regionda baş verən prosesləri müzakirə edib.

İran XİN rəhbəri ABŞ rəsmilərinin İranın enerji infrastrukturuna zərbə endirilməsi ilə bağlı ritorikasını pisləyib və müharibə cinayətlərinə haqq qazandırmaq cəhdlərindən çəkinməyə çağırıb.

O, belə addımların region və bütün beynəlxalq ictimaiyyət üçün ciddi nəticələr doğura biləcəyini bildirib.

Əraqçi vurğulayıb ki, İran müharibə şəraitində də öz milli suverenliyini və ərazi bütövlüyünü tam şəkildə müdafiə etməyə davam edəcək. O, həmçinin bütün ölkələrin beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və təcavüzkarları qınamaqla bağlı öhdəliklərini yerinə yetirməli olduğunu qeyd edib.

Yaponiyanın xarici işlər naziri isə ölkəsinin müharibənin dayandırılması istiqamətində regional və beynəlxalq səyləri dəstəklədiyini bildirib.

O, eyni zamanda İranın ölkədə yaşayan Yaponiya vətəndaşlarına yardım göstərilməsi sahəsində əməkdaşlığını yüksək qiymətləndirib.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930