“Bəzi ölkələr son zamanlar həddi aşaraq digər ölkələrin ərazilərinə dair iddialar irəli sürüblər”.
”PostMedia” “Ria Novosti”yə istinsdən xəbər verir ki, bunu Rusiya xarici işlər nsziri Sergey Lavrov bildirib.
“Bəzi ölkələr həddi aşaraq artıq açıq şəkildə bəzi ərazilər üzərində hüquqlarını elan edirlər, lakin bunun üçün heç bir hüquqi əsas təqdim etmirlər,” – deyə o bildirib.
Nazir nümunə olaraq ABŞ dövlət katibi Marko Rubionun son bəyanatlarından birini göstərib. Yaxın Şərqdəki münaqişənin həlli ilə bağlı suala cavab olaraq Rubio deyib ki, hər şey İrandan asılıdır. Onun sözlərinə görə, Tehran Hürmüz boğazını bağlayaraq beynəlxalq hüququ kobud şəkildə pozur.
Və yalnız iki gün əvvəl, Donald Tramp demişdi ki, onu beynəlxalq hüquq maraqlandırmır, onun öz mənəvi prinsipləri və instinktləri var. “Bu, ikiüzlü oyundur,” – deyə Lavrov əlavə edib.
Onun fikrincə, dünya nizamı hazırda yenidənqurma mərhələsindədir. Rəhbərlik vəzifələri uğrunda mübarizə həyat və ölüm mübarizəsidir.
“Həqiqətən də, qərb ölkələrinin doymaz hegemonist niyyətləri ilə, deyildiyi kimi, dünya əksəriyyətinin bərabərlik, ədalət və ya başqa sözlərlə, BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan çağırışlara uyğun olaraq problemləri həll etmək səyləri ilə ziddiyyət yaradır,” – deyə Lavrov bildirib.
Rusiya qərb ölkələri ilə dialoqa açıq qalır, lakin acı təcrübədən nəticə çıxararaq, gələcək sazişlərin icrasına daha sərt yanaşacaq, – Lavrov yekunlaşdırıb.