6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Əraqçı ABŞ Prezidentinin köməkçisindən mesaj aldığını açıqlayıb

31-mart-2026
Əraqçı ABŞ Prezidentinin köməkçisindən mesaj aldığını açıqlayıb
Yazı Ölçüsü:
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə müəyyən mesaj mübadiləsi aparılır, lakin bu, Vaşinqtonla danışıqların getməsi demək deyil.
"PostMedia"nın məlumatına görə, nazir "Al Jazeera" telekanalına müsahibəsində qeyd edib ki, mesajlar ya birbaşa, ya da regiondakı vasitəçilər vasitəsilə ötürülür.
“ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffdan birbaşa mesajlar almağa davam edirəm və bu, bizim danışıqlar apardığımız anlamına gəlmir”, – deyə Araqçi bildirib.
Onun sözlərinə görə, İran daxilində hansısa tərəflə danışıqlar aparıldığı barədə iddialar həqiqətə uyğun deyil. Nazir əlavə edib ki, bütün mesajlar İran Xarici İşlər Nazirliyi vasitəsilə ötürülür və təhlükəsizlik strukturları arasında da əlaqə mövcuddur.
Müəllif
Arifə
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930