6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ruslar Azərbaycandan keçərək İranı tərk edib

31-mart-2026
Ruslar Azərbaycandan keçərək İranı tərk edib
Yazı Ölçüsü:

Azərbaycan üzərindən İrandan çıxmaq istəyən bütün Rusiya vətəndaşları artıq ölkəni tərk ediblər.

"PostMedia" xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov məlumat verib. 
Səfir bildirib ki, xarici vətəndaşların Azərbaycanla sərhədi keçməsi üçün xüsusi icazə kodu tələb olunur.

Onun sözlərinə görə, bu kodu əldə etmək üçün əvvəlcədən səfirliyə müraciət edilməli və xarici pasport məlumatları təqdim olunmalıdır. Müraciətlərə adətən iki gün ərzində baxılır.
Diplomat Azərbaycan hakimiyyətinə və Rusiyanın Bakıdakı səfirliyinə göstərilən dəstəyə görə təşəkkür edib.
Eyni zamanda qeyd olunub ki, hazırda İran ərazisində rusiyalı turistlər demək olar ki, qalmayıb. Ölkədə əsasən diplomatik nümayəndəliklərin əməkdaşları, Buşehr AES işçiləri və qarışıq ailələrin üzvləri mövcuddur.
Səfir fərdi şəkildə səyahət edən və səfirliklə əlaqə saxlamayan bəzi şəxslərin hələ də İranda ola biləcəyini istisna etməyib.
Onun sözlərinə görə, İrandan çıxış üçün ən optimal marşrutlar Astara istiqaməti ilə Azərbaycan, eləcə də Ermənistan (Nurduz/Aqarak) və Türkmənistan (Sərəxs) sərhəd keçidləridir.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031