Məsud Pezeşkian bildirib ki, İran bu müharibəni başlamayıb və ölkə özünü müdafiə etmək hüququna malikdir.
"PostMedia" xəbə verir ki, o, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı zamanı səsləndirib.
Pezeşkian qeyd edib ki, “İran bu amansız müharibəni başlamayıb. Aqressiyaya qarşı müdafiə bizim təbii haqqımızdır və biz bunu effektiv şəkildə həyata keçiririk”.
O əlavə edib ki, regionda ABŞ hərbi bazalarından İrana qarşı istifadə olunması qonşu ölkələrlə münasibətləri pozmaq məqsədi daşıyır və bu praktika dayandırılmalıdır.
İran prezidenti vurğulayıb ki, regionda sülh və sabitlik “sionist-amerikan aqressiyası” nəzərə alınmadan mümkün deyil.
“İran İslam Respublikası xuliqanlara tabe olmayacaq. Beynəlxalq ictimaiyyətdən bu aqressiyanı pisləməsini və təcavüzkarları beynəlxalq hüquqa əməl etməyə çağırmasını gözləyirik”, – deyə Məsud Pezeşkian bildirib.
O həmçinin qeyd edib ki, “saxta məlumatlar əsasında və ərazi iddiaları ilə müharibə başlamaq XXI əsrdə orta əsr yanaşmasıdır” və belə şəraitdə aqressiyanın dayandırılması ilə bağlı danışıqların mənasız olduğunu vurğulayıb.
