6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Aİ-nin missiyası apreldə Ermənistana gedəcək

17-mart-2026
Türkan Nəbi
Aİ-nin missiyası apreldə Ermənistana gedəcək
Yazı Ölçüsü:

Avropa İttifaqının sürətli reaksiya qrupu aprelin əvvəlində Ermənistana səfər edəcək.

"PostMedia" xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.

Daha əvvəl Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirmişdi ki, qurum parlament seçkiləri ərəfəsində mümkün təhdidlərə qarşı tədbir görmək üçün Ermənistana belə bir qrup göndərəcək. Onun sözlərinə görə, Brüssel “təzyiq altında olan demokratiyaları tək qoymayacaq”.

Məlumata əsasən, qrup 9–14 ekspertdən ibarət olacaq və ölkədə təxminən 10–15 gün qalacaq.

Qrupun əsas məqsədi baş nazir aparatına və Təhlükəsizlik Şurasına kibertəhlükələr və xarici informasiya manipulyasiyaları şəraitində böhran idarəetmə planı hazırlamaqda kömək etməkdir. Bu prosesdə həmçinin Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və vergi orqanları da iştirak edəcək.

Xatırladaq ki, Vaagn Xaçatryan 2025-ci ilin aprelində parlament tərəfindən qəbul edilmiş, ölkənin Aİ-yə qoşulmaq niyyətini əks etdirən qanunu təsdiqləmişdi. Lakin Avropa İttifaqı hələ Ermənistana üzvlük təklif etməyib.

Sergey Lavrov isə daha əvvəl bəyan edib ki, Ermənistanın həm Aİ-yə qoşulması, həm də Avrasiya İqtisadi İttifaqında qalması mümkün deyil və bu seçim Ermənistan xalqı tərəfindən edilməlidir.

Kateqoriyalar