ABŞ-nin İrandakı səfirliyi amerikalılara ölkə ərazisini dərhal tərk etməyi və quru yolla Ermənistan və ya Türkiyə üzərindən çıxmağı tövsiyə edib.
"PostMedia" xəbər verir ki, bu barədə Səfirliyin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, İranda etiraz aksiyaları fonunda təhlükəsizlik tədbirləri gücləndirilib, yollar bağlanıb, ictimai nəqliyyatın fəaliyyəti pozulub, internet isə işləmir. Ölkə hökuməti mobil, stasionar və milli internet şəbəkəsinə çıxışı məhdudlaşdırmaqda davam edir, aviaşirkətlər isə İrana uçuşları məhdudlaşdırır və ya ləğv edir.
“ABŞ vətəndaşları internetin uzun müddət işləməməsinə hazır olmalı, alternativ əlaqə vasitələri planlaşdırmalı və əgər təhlükəsizdirsə, İrandan quru yolla Ermənistan və Türkiyə istiqamətində çıxmaq imkanını nəzərdən keçirməlidirlər”, – deyə səfirliyin açıqlamasında bildirilir.