6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Tramp: "ABŞ hazırda İranla danışıqlar aparır"

04-fevral-2026
Tramp: "ABŞ hazırda İranla danışıqlar aparır"
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların hazırda İranla danışıqlar apardığını bəyan edib.

"PostMedia" xəbər verir ki, Tramp "Ağ Ev"də keçirilən mərasim zamanı mətbuatın sualını cavablandırarkən təsdiqləyib.

“Bəli, biz hazırda onlarla danışıqlar aparırıq”.

Fevralın 1-də İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehran və Vaşinqton ədalətli nüvə sazişinə qısa müddətdə nail ola bilərlər.

Bundan bir gün əvvəl İranın ali liderinin müşaviri, admiral Əli Şamxani ABŞ tərəfindən qarşılıqlı addımlar atılacağı təqdirdə Tehranın nüvə gərginliyini azaltmağa hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton kompromisə hazır olarsa, İran uranın zənginləşdirilmə səviyyəsini mövcud 60%-dən 20%-ə endirməyi müzakirə edir. Şamxani həmçinin bir daha vurğulayıb ki, İranın nüvə proqramı yalnız dinc xarakter daşıyır, uranın 60%-dək zənginləşdirilməsi isə milli təhlükəsizliyin möhkəmləndirilməsinə və beynəlxalq ictimaiyyətlə gələcək dialoq üçün danışıqlarda mövqe formalaşdırılmasına xidmət edir.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031