6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran ABŞ ilə danışıqların yerinin və formatının dəyişdirilməsini tələb edib – "Axios"

03-fevral-2026
İran ABŞ ilə danışıqların yerinin və formatının dəyişdirilməsini tələb edib – "Axios"
Yazı Ölçüsü:

İran ABŞ ilə aparılan danışıqların yerinin və formatının dəyişdirilməsini tələb edib.

"PostMedia" xəbər verir ki, bu barədə "Axios"a iki mənbə məlumat verib.

İran tərəfi danışıqların İstanbuldan Omana köçürülməsini istəyir. Eyni zamanda, onlar danışıqların ikitərəfli formatda — yalnız ABŞ-nin iştirakı ilə keçirilməsində maraqlıdırlar. Yəni bir sıra ərəb və müsəlman ölkələrinin müşahidəçi qismində iştirak etməsini istəmirlər.

Mənbənin sözlərinə görə, bu tələbin səbəbi iranlıların danışıqları yalnız nüvə məsələləri ilə məhdudlaşdırmaq istəməsidir. Tehran raket proqramı və regiondakı proksi qruplarla bağlı məsələlərin müzakirəsindən yayınmağa çalışır, çünki bu mövzular region ölkələri üçün prioritet hesab olunur.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031