N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ xüsusi nümayəndəsi və İran XİN rəhbəri İstanbulda görüşə bilər – "Axios"

02-fevral-2026
Türkan Nəbi
ABŞ xüsusi nümayəndəsi və İran XİN rəhbəri İstanbulda görüşə bilər – "Axios"
Yazı Ölçüsü:

ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçi mümkün nüvə sazişi ilə bağlı müzakirələr aparmaq üçün cümə günü – fevralın 6-da İstanbulda görüşə bilərlər

"PostMedia" xəbər verir ki, bu barədə "Axios mənbələrə istinadən yazır.

"Axios"un mənbələrindən birinin sözlərinə görə, cümə günü keçiriləcək görüş “ən yaxşı ssenari” hesab olunur, lakin planlar dəyişə də bilər. Görüşdən əvvəl Stiv Uitkoff İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparacaq.

ABŞ və İran nümayəndə heyətlərinin nüvə sazişi ilə bağlı danışıqları fevralın 6-da İstanbulda keçirməsi ehtimal olunur. Tarix və məkan hazırda dəqiqləşdirilir, bunu "RİA Novosti"yə Türkiyə mənbəsi bildirib.

“Ehtimal var, lakin hələ yekun razılıq əldə olunmayıb. Tarix və yer müəyyənləşdirilir”, – deyə agentliyin mənbəsi qeyd edib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib ki, Tehran ABŞ-la nüvə sazişi məsələsində qərarların qəbul edilməsi mərhələsindədir və müxtəlif aspektlər və yanaşmalar müzakirə olunur. Sanksiyaların ləğvi və ya yumşaldılması İran tərəfi üçün əsas prioritet olaraq qalır.

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp İranla razılığa gəlmək ümidini ifadə edib və regionda ABŞ-ın əhəmiyyətli hərbi mövcudluğunu vurğulayıb.

Kateqoriyalar