Rusiya DİN-in polkovniki Yekaterinburqdakı Azərbaycan icmasının yeni rəhbəri olmaq istəyir
16-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Yekaterinburqda Azərbaycan icmasının tərəfdarlarını aktiv şəkildə toplayan yeni lideri ortaya çıxıb.
Qəsdən adam öldürməyə cəhddə ittiham olunan Şahin Şıxlinskinin və dələduzluqda təqsirləndirilən Vidadi Mustafayevin həbsindən sonra, indi 69 yaşlı Kərim Qasımov bu vəzifə uğrunda mübarizə aparır.
"PostMedia" xəbər verir ki, bu barədə E1.RU portalı məlumat yayıb.
Qasımov Azərbaycan SSR-də anadan olub. O, 1976-cı ilin may ayından Rusiyada yaşayır. SSRİ DİN-in xüsusi məktəbini və Rusiya Federasiyası DİN Akademiyasının Sverdlovsk filialını bitirib. 35 il polis orqanlarında xidmət edib və polis polkovniki rütbəsinə malikdir.