N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Bizim Ermənistanı, ABŞ-ı və həmçinin Azərbaycanı tam qane edən bir formulamız var – Paşinyan

14-yanvar-2026
Turan Hüseynli
Bizim Ermənistanı, ABŞ-ı və həmçinin Azərbaycanı tam qane edən bir formulamız var – Paşinyan
Yazı Ölçüsü:

“Biz başa düşdük ki, bir-birimizin ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını və suverenliyini tanımadan bu düyündən çıxmaq mümkün deyil”. "PostMedia" xəbər verir ki, vunu yanvarın 14-də “Ermənistan və sülh: risklər və imkanlar kəsişməsində” mövzusunda keçirilən MAHHİ təhlükəsizlik forumu çərçivəsində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O, 2022-ci il oktyabrın 6-da Praqada qəbul edilən və Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığı sənədə toxunub.

“Əgər biz həmin qərarları qəbul etməsəydik, 2026-cı il yanvarın 14-nə qədər ümumiyyətlə regionumuzda nə baş verə biləcəyini təsvir etməyə belə çalışmazdım, Ermənistan Respublikasını demirəm”, – deyə Paşinyan vurğulayıb.

O, dünyada baş verənlərə diqqət yetirməyə çağıraraq bildirib ki, dünya çalxalanır, amma Ermənistan və regionumuz bu gün addım-addım, ən azı Ermənistan–Azərbaycan məsələsində sabitlik, təhlükəsizlik və əməkdaşlıq mühitinə çevrilir.

“Bu, çox böyük nailiyyətdir. Bu gün biz elə bir nöqtəyə çatmışıq ki, TRIPP layihəsi ilə bağlı bəyannamənin qəbulundan sonra mövcud olan açıq suallar cavabını tapıb. Çox vacibdir ki, bizim elə bir formulamız var ki, o, Ermənistanı tam qane edir və etməlidir, təbii ki, ABŞ-ı tam qane edir və mənim fikrimcə, Azərbaycanı da tam qane edir. Bununla regionda uzunmüddətli və dayanıqlı sülhün bərqərar olması üçün yaşıl işıq yandırılır.

Bir daha ABŞ prezidenti Donald Trampın rolunu xüsusi vurğulamaq istəyirəm. Onun şəxsi marağı və cəlb olunması, şübhəsiz ki, həlledici əhəmiyyət daşıyıb. İndi isə artıq növbəti addımlar barədə düşünməliyik”, – deyə Paşinyan bəyan edib.

Kateqoriyalar