N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Papykyan: "Azərbaycanlılar erməni hərbçilərini yoxlamır"

13-yanvar-2026
Turan Hüseynli
Papykyan: "Azərbaycanlılar erməni hərbçilərini yoxlamır"
Yazı Ölçüsü:

Ermənistanın müdafiə naziri Suren Papykyan Sünik vilayətində, Sev Liç (Qara göl) ərazisində yerləşən mövqelərdən birində azərbaycanlı hərbçilərin erməni əsgərlərini yoxlaması ilə bağlı yayılan məlumatları təkzib edib.

"PostMedia"nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, bu iddialar həqiqətə uyğun deyil və sözügedən istiqamətdə uzun müddətdir hər hansı insident qeydə alınmayıb. Papykyanın sözlərinə görə, məsələ 2021-ci ilin mayından etibarən gərginliyin davam etdiyi Sev Liç ərazisində yerləşən konkret bir mövqelə aiddir.

Nazir qeyd edib ki, həmin mövqelə münasibətdə iki seçim mövcuddur: ya mövqeni tərk etmək, ya da Azərbaycan postunun yanından keçidi təmin etmək. Onun sözlərinə görə, bu qərar təkbaşına deyil, kollektiv şəkildə qəbul olunub.

Papykyan əlavə edib ki, əgər mövqenin tərk edilməsi barədə göstəriş versə, bu addım ona ərazi güzəşti kimi irad tutulacaq. Eyni zamanda o, Azərbaycan tərəfinin erməni hərbçiləri yoxlaması və ya sursatın keçirilməsinə məhdudiyyət qoyması barədə səsləndirilən fikirləri əsassız adlandırıb.

Kateqoriyalar