Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Tacikistanın paytaxtı Düşənbədə görüşəcək.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov qeyd edib ki, görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə ediləcək.
“İkitərəfli münasibətlər hər şeydən öncə əsas məsələdir. Bu, gündəliyin başlıca mövzusudur”.
Peskov qeyd edib ki, Rusiya tərəfi müsbət ruhdadır, lakin Azərbaycan tərəfinin mövqeyi barədə onun adından danışa bilməz.
Putin və Əliyevin danışıqları Moskva ilə Bakı arasında 2025-ci ildə yaranmış münasibətlərin soyumasından sonra ilk görüş olacaq. Qeyd edək ki, böhran 2024-cü ilin dekabrında "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarənin Rusiya hərbçiləri tərəfindən vurulmasından sonra başlayıb.