N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Çikaqoda miqrantlara qarşı əməliyyat səbəbilə dron uçuşları qadağan edilib

03-oktyabr-2025
Türkan Nəbi
Çikaqoda miqrantlara qarşı əməliyyat səbəbilə dron uçuşları qadağan edilib
Yazı Ölçüsü:
ABŞ Gömrük və Sərhəd Xidməti Çikaqoda keçirilən "Midway Blitz" adlı genişmiqyaslı əməliyyat zamanı hüquq-mühafizə orqanlarının təhlükəsizliyi üçün dron uçuşlarının müvəqqəti qadağan edildiyini açıqlayıb.
"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, qadağa 24 km-lik ərazini əhatə edir və 12 oktyabra qədər qüvvədə olacaq.
Bu müddətdə yalnız hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinə məxsus dronlardan istifadə oluna biləcək.
Qurum bildirir ki, qərar dronların polisə qarşı istifadəsi ilə bağlı real təhlükə səbəbilə qəbul olunub. Əvvəllər oxşar əməliyyatlar zamanı başqa şəhərlərdə polisə hücum halları qeydə alınıb.
"Midway Blitz" əməliyyatı 9 sentyabrda başlayıb və qeyri-qanuni miqrantlardan cinayətlərdə şübhəli bilinənlərin tutulmasına yönəlib. 22 sentyabra qədər 550 nəfərin saxlanıldığı açıqlanıb.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsini müdafiə edib və ölkə tarixində ən böyük deportasiya əməliyyatını keçirmək niyyətində olduğunu bildirib.
Kateqoriyalar