6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

İtaliya Prezidenti Sercio Mattarellanın Bakıda rəsmi qarşılanma mərasimi olub

30-sentyabr-2025
İtaliya Prezidenti Sercio Mattarellanın Bakıda rəsmi qarşılanma mərasimi olub
Yazı Ölçüsü:

Sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.

"PostMedia" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verdi.

İtaliya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşısından keçdi.

Azərbaycan və İtaliya prezidentləri rəsmi foto çəkdirdilər.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031