ABŞ-nin "TikTok"un səhmlərini almasın ilə bağlı razılaşma tezliklə əldə ediləcək və əsas investorların "Oracle" və "Silver Lake" şirkətləri olacaq.
"PostMedia" xəbər veri ki, bu barədə Tramp administrasiyası məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu həftə "TikTok"un Çinli sahibi "ByteDance"dan ABŞ əməliyyatlarını ayıracaq razılaşmanın 2024-cü il qanun tələblərinə cavab verdiyini elan edəcək.
"Ağ Ev"də bildirilib ki, investorlar arasında "Oracle" və özəl sərmayə firması "Silver Lake" də olacaq.
"ByteDance" "TikTok"un ABŞ əməliyyatlarında 20%-dən az paya sahib olacaq, 80%-dən çox olan digə hissə isə mövcud ABŞ və qlobal otaq idaəçiliyinə veriləcək. Hətta "ByteDance" ilə əlaqəsi olmayan çoxsaylı yeni investorlar da bu əməliyyatlara qatılacaq.
Razılaşmaya görə, ABŞ istifadəçilərinin bütün məlumatları "Oracle" tərəfindən idarə olunan ABŞ bulud infrastrukturunda saxlanacaq. Tramp həmçinin bildirib ki, media maqnatı Laçlan Murdok və biznes liderləri Larri Ellison və Maykl Dell ABŞ investorları kimi razılaşmaya qatılacaqlar.
"Ağ Ev" rəsmisi əlavə edib ki, ABŞ razılaşmanın Çin tərəfindən təsdiqləndiyinə əmindir və Pekinlə əlavə danışıqlar planlaşdırmır, lakin razılaşmanın təsdiqi üçün hər iki tərəfdən əlavə sənədlər tələb olunur.
"TikTok"un ABŞ aktivlərinin dəyəri “bir neçə milyard dollar” olaraq qiymətləndirilir. ABŞ hökuməti "TikTok US"in yeni idarəetməsində idarə heyətində yer almayacaq və ya “qızıl pay” almayacaq. Hökumətin ödəniş alıb-almayacağı razılaşmanın təsdiqi şərti olaraq hələ məlum deyil.
Tramp, ABŞ Konqresinin qanununa əsasən, "TikTok"un ABŞ aktivləri satılmadıqda 2025-ci ilin yanvarında qadağan ediləcəyini nəzərə alaraq, 170 milyon ABŞ istifadəçisi olan qısa video tətbiqini qadağadan qorumağa çalışır. O, qanunun tətbiqini dekabrın ortalarına qədər ertələyərək, ABŞ investorlarını toplamaq və yeni sahibkarlığın 2024-cü il qanununa uyğun tam ayrılma olduğunu təmin etmək istəyir.
Trampın fərmanı həmçinin investorlar və "ByteDance" razılaşmanı bağlayana qədər 120 günlük əlavə tətbiq təxirə salma müddətini təmin edəcək.
Bu razılaşmaya doğru son həftələrdəki irəliləyiş, dünyadakı iki böyük iqtisadiyyat – ABŞ və Çin arasında aylar davam edən danışıqlarda nadir bir irəliləyiş hesab olunur və qlobal bazarlarda narahatlıq yaradan ticarət gərginliyinin yumşaldılması baxımından əhəmiyyətlidir.