6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

İlham Əliyev Malta Prezidentinin təbrik edib

21-sentyabr-2025
İlham Əliyev Malta Prezidentinin təbrik edib
Yazı Ölçüsü:
Prezident İlham Əliyev Malta Prezidenti xanım Miriam Spiteri Debonoya təbrik məktubu göndərib.
"PostMedia" xəbər verir ki, məktubda deyilir:
Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Malta arasında dostluq münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031