Prezident İlham Əliyev San-Marino rəhbərliyini təbrik edib
03-sentyabr-2025
Admin
Yazı Ölçüsü:
Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Regent Denize Bronzettiyə və İtalo Riqiyə təbrik məktubu göndərib.
"PostMedia" xəbər verir ki, məktubda deyilir.
San-Marino Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, San-Marino xalqına daim əmin-amanlıq və rifah diləyirəm.