6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Tiencində Azərbaycan Prezidenti İlham Əliyevin Maldiv Prezidenti ilə görüşü olub

01-sentyabr-2025
Tiencində Azərbaycan Prezidenti İlham Əliyevin Maldiv Prezidenti ilə görüşü olub
Yazı Ölçüsü:

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşü olub.

"PostMedia" xəbər verir ki, Maldiv Prezidenti COP29 çərçivəsində Azərbaycana səfərini və dövlətimizin başçısı ilə görüşü zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, COP29 konfransının yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi.

Prezident İlham Əliyev də öz növbəsində Məhəmməd Muizzu ilə Bakıda keçirdiyi görüşə toxundu, aparılmış müzakirələr zamanı qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq Azərbaycan nümayəndə heyətinin Maldivə səfər etdiyini, orada siyasi məsləhətləşmələrin aparıldığını və iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu vurğuladı.

Söhbət zamanı ölkələrimiz arasında turizm və insanlararası təmasların artırılması baxımından böyük potensialın olduğu bildirildi. Azərbaycandan Maldivə birbaşa uçuşların turizmin inkişafında roluna toxunuldu, viza prosedurunun sadələşdirilməsi, qarşılıqlı investisiyalar sahələrində əməkdaşlıq, həmçinin ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsi məsələləri müzakirə olundu.

Məhəmməd Muizzu dövlətimizin başçısını Maldivə rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031