6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Özbəkistan Prezident Administrasiyasının rəhbəri Mehriban Əliyevanı təbrik edib

25-avqust-2025
Özbəkistan Prezident Administrasiyasının rəhbəri Mehriban Əliyevanı təbrik edib
Yazı Ölçüsü:
Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təbrik edib.
"PostMedia" xəbər verir ki, təbrikdə deyilir.
Hörmətli Mehriban Arif qızı.
Böyük sevinc hissi ilə Sizi doğum gününüz münasibətilə təbrik edir və ən səmimi arzularımı çatdırıram.
Parlaq, çoxtərəfli ictimai və dövlət xadimi, sevimli həyat yoldaşı və ana kimi Sizə həmişə heyranam.
Siz təmiz və fədakar ürəyiniz, xeyirxah əməlləriniz ilə haqlı olaraq bütün Azərbaycan xalqının məhəbbətini, Özbəkistanda və dünyanın digər ölkələrində böyük hörmət qazanmısınız.
Bu gözəl gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, ailə səadəti, mənəvi harmoniya, bütün yaxşı təşəbbüslərinizi həyata keçirmək naminə tükənməz güc və enerji arzulayıram.
Qoy, həyatınız həmişə sevinc, yaxınlarınızın qayğısı və dəstəyi ilə dolsun!
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031