6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda görüşəcək

06-avqust-2025
Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda görüşəcək
Yazı Ölçüsü:

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüş üçün ABŞ-yə gedir.

"PostMedia" xəbər verir ki, bu barədə yayılan məlumatları Ermənistan hökuməti təsdiq edib.

Məlumata görə, iki ölkə liderinin görüşü avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda baş tutacaq.

Görüşdə həmçinin ABŞ Prezidenti Donald Trampın da iştirakı nəzərdə tutulub.

Bəzi xarici KİV-lər isə iki ölkə arasında niyyət memorandumunun imzalanacağı ilə bağlı məlumatlar yayılıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031