6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktorunun 3 müavini olacaq

31-iyul-2025
Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktorunun 3 müavini olacaq
Yazı Ölçüsü:
Prezident İlham Əliyev “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
"PostMedia" xəbər verir ki, yeni Fərmanla adıçəkilən qurumun direktor müavinlərinin sayı artırılıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 4, maddə 372; 2025, № 1, maddə 28) ilə təsdiq edilmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”nin 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.20-ci bəndin üçüncü cümləsində “bir” sözü “3 (üç)” sözləri ilə əvəz edilsin;
1.2. 4.21-ci bənddə “müavini” sözü “müavinlərindən biri” sözləri ilə əvəz edilsin;
1.3. 4.22-ci bənddə “müavini” sözü “müavinləri” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031