N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Azərbaycan Prezidenti Həsən Şeyx Mahmuda məktub göndərib

01-iyul-2025
Admin
Azərbaycan Prezidenti Həsən Şeyx Mahmuda məktub göndərib
Yazı Ölçüsü:

Azərbaycan Prezidenti İlham Əliyev Somali Federativ Respublikasının Prezid Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib.
PostMedia” xəbər verir ki, məktubda deyilir:

“Somali Federativ Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Somali arasında münasibətlər son dövrdə yüksələn xətt üzrə inkişaf edir. Fevral ayında Sizin ölkəmizə rəsmi səfəriniz dövlətlərarası əlaqələrimizin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

Hazırda Azərbaycan-Somali ikitərəfli münasibətlərinin gündəliyinin genişləndirilməsi üçün yaxşı şərait formalaşmışdır. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın inkişafı istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Kateqoriyalar