N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Ceyhun Bayramov britaniyalı həmkaı ilə telefonla danışıb

17-iyun-2025
Admin
Ceyhun Bayramov britaniyalı həmkaı ilə telefonla danışıb
Yazı Ölçüsü:

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub.

Bu barədə "PostMedia"ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, İsrail-İran qarşıdurması nəticəsində mövcud regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub.

Birləşmiş Krallıq naziri Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Kralın Təvəllüd Günü münasibətilə edilmiş təbriklərə görə təşəkkür edib. O həmçinin Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşlarının həlak olması ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən göndərilmiş başsağlığı məktubunu yüksək dəyərləndirdiklərini bildirib. Nazir Ceyhun Bayramov öz növbəsində təbrikə görə təşəkkür edib və başsağlığı diləklərini çatdırıb.

Tərəflər İsrail-İran toqquşması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və danışıqların davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Kateqoriyalar