6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

İlham Əliyev İran Prezidentinə başsağlığı verib

27-aprel-2025
İlham Əliyev İran Prezidentinə başsağlığı verib
Yazı Ölçüsü:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkiana başsağlığı məktubu göndərib.

PostMedia” xəbər verir ki, məktubda deyilir:

Hörmətli cənab Prezident.

Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2025-ci il.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031