6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Ərdoğan Trampla telefonla danışıb

08-aprel-2026
Ərdoğan Trampla telefonla danışıb
Yazı Ölçüsü:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

"PostMedia" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Danışıq zamanı liderlər əsasən İranla bağlı dünən gecədən qüvvəyə minən atəşkəs və regionda baş verən son hadisələri müzakirə ediblər.

Prezident Ərdoğan atəşkəsdən məmnunluğunu ifadə edərək bildirib ki, bütün dünya üçün çox çətin keçən 40 gündən sonra yaranmış iki həftəlik imkan pəncərəsi daimi sülh sazişinin əldə olunması üçün düzgün qiymətləndirilməli və prosesin pozulmasına yol verilməməlidir.

Prezident həmçinin vurğulayıb ki, Türkiyə Pakistan başda olmaqla dost və qardaş ölkələrlə birlikdə aparılan sülh təşəbbüslərinə dəstəyini artıraraq davam etdirəcək.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031