6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Zaur Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavin təyin olunub

07-aprel-2026
Zaur Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavin təyin olunub
Yazı Ölçüsü:

Zaur Rafik oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

"PostMedia" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Zaur Əliyev 1981-ci ildə anadan olub.

1997-2000-ci illərdə “Cambridge Regional College”də (Böyük Britaniya) orta, 2000-2003-cü illərdə “East Anglia” Universitetində (Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsil alıb.

2003-2009-ci illərdə “Ernst & Young” şirkətinin Almatı, Bakı, London şəhərlərindəki ofislərində, 2010-2015-ci illərdə “PAŞA Holdinq” MMC-də və “PAŞA Sığorta” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru olub.

Hazırkı vəzifəsinə qədər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

18 yanvar 2025-ci il tarixində növbəti 4 il müddətinə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930