6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub

06-aprel-2026
Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub
Yazı Ölçüsü:

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.

"PostMedia" xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031