Qax Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
“PostMedia” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı rayonun yeni icra başçısı Elvin Paşayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Kamran Orucov baş mütəxəssis-sürücü vəzifəsindən azad olunub və o, indiyədək vakant olan Təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilib.
Baş mütəxəssis-sürücü vəzifəsinə isə Səxavət Əhədov təyinat alıb. O bundan əvvəl də E.Paşayevin Göygöl Rayon İcra Hakimiyyətində sürücüsü olub.
Xatırladaq ki, Elvin Paşayev noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
