N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

Bu gün Azərbaycanda 17 Noyabr – Milli Dirçəliş Günüdür

17-noyabr-2025
Turan Hüseynli
Bu gün Azərbaycanda 17 Noyabr – Milli Dirçəliş Günüdür
Yazı Ölçüsü:

17 Noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu günün əsası 1988-ci il noyabrın 17-də Bakının “Azadlıq” (o vaxtki “Lenin”) meydanında başlayan geniş xalq hərəkatı ilə qoyulub. Həmin gün minlərlə insan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, Qarabağda baş verən hadisələrə, SSRİ rəhbərliyinin ədalətsiz mövqeyinə etiraz olaraq bir araya gəlmişdi. Meydanda günlərlə davam edən aksiya milli şüurun yüksəlişi, azadlıq ideyalarının güclənməsi və milli həmrəyliyin bir simvoluna çevrilmişdi.

Milli Dirçəliş Gününün dövlət səviyyəsində qeyd olunması üçün rəsmi qərar isə 1992-ci ildə verilib. Azərbaycan Respublikası Ali Sovetinin həmin il qəbul etdiyi qərarla 17 Noyabr rəsmi olaraq “Milli Dirçəliş Günü” elan edilib. Bu qərar Azərbaycanın dövlətçilik tarixində milli azadlıq hərəkatına verilən yüksək qiymətin təzahürü kimi qəbul olunur.

Mütəxəssislərin fikrincə, bu günün qeyd olunması həm tarixə hörmət, həm də gənc nəsilə azadlıq mübarizəsinin mahiyyətinin çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Hər il dövlət qurumlarında, təhsil müəssisələrində və ictimaiyyət arasında müxtəlif tədbirlər təşkil edilir, meydan hərəkatının iştirakçıları xatırlanır.

17 Noyabr xalqın öz hüquqlarını müdafiə etmək üçün birləşdiyi, milli kimliyin gücləndiyi və Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi olan tarixi gün kimi dəyərləndirilir.

Əvvəllər Azərbaycanda 17 noyabr qeyri iş günü olsa da 2006-cı ildən etibarən 17 Noyabr - Milli Dirçəliş Günü iş günü müəyyən edilib.

Kateqoriyalar