N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

Hikmət Hacıyev: "Vətən Müharibəsi və Antiterror Əməliyyatları nəticəsində əldə edilmiş nailiyyətlər Azərbaycanı regionun şəksiz lider dövlətinə çevirib"

07-noyabr-2025
Turan Hüseynli
Hikmət Hacıyev: "Vətən Müharibəsi və Antiterror Əməliyyatları nəticəsində əldə edilmiş nailiyyətlər Azərbaycanı regionun şəksiz lider dövlətinə çevirib"
Yazı Ölçüsü:

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-də 44 günlük Vətən müharibəsinə həsr olunnuş “44 gün və… “ filmində bəzi məqamlara aydınlıq gətirib.

"PostMedia" xəbər verir ki, Prezidentin köməkçisi Azərbaycanın regionun lider dövlətinə necə çevrilməsi haqqında danışıb:

"Azərbaycan Respublikasının özü suverenliyinin və ərazi bütövlüyünü tam şəkildə bərpa etməsi bir tərəfdən Azərbaycanın təhlükəsizlik mühitinin əsaslı dərəcədə yaxşılaşdırmasını, əsaslı dərəcədə dəyişməsini özündə ehtiva etməklə bərabər, bütövlükdə Cənubi Qafqaz regionunun geosiyasətini də dəyişmiş olurdu.

Hər bir halda Azərbaycan Respublikası rəhmətlik ulu öndərin siyasəti nəticəsində və cənab Prezidentin həyata keçirdiyi addımlar və strategiya nəticəsində cənubi qafqazın güclü dövlətinə çevrilməsi ilə bərabər biz xüsusi ilə qeyd etməliyik ki, məhz Vətən Müharibəsində və Antiterror Əməliyyatları nəticəsində əldə edilmiş nailiyyətlər Azərbaycanı regionun şəksiz lider dövlətinə çevirir".

Kateqoriyalar