N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Moskvada keçirilən mərasimdə iştirak edib

05-noyabr-2025
Turan Hüseynli
Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Moskvada keçirilən mərasimdə iştirak edib
Yazı Ölçüsü:

Moskvada MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin XIII görüşü çərçivəsində iştirakçılar naməlum əsgərin məzarı önündə yerləşən Əbədi məşələ əklil və gül dəstələri qoyublar.

"PostMedia" xəbər verir ki, tədbirdə Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, eləcə də Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistanın təhlükəsizlik şuralarının katibləri, Moldova və Türkmənistan nümayəndələri, həmçinin MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyi iştirak ediblər.
Hərbi orkestrin müşayiəti ilə nümayəndə heyətləri Aleksandrov bağına daxil olub və naməlum əsgərin məzarına gül dəstələri qoyublar. Mərasimin sonunda Preobrajenski alayının qarovulu hərbi orkestrin sədaları altında təntənəli marşla keçid edib.
Mərasim MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin noyabrın 4-dən 6-dək Moskvada keçirilən XIII görüşü çərçivəsində təşkil olunub.

Kateqoriyalar